Xərçəngə və immunitet zəifliyinə qarşı ən faydalı çarəbackend

Xərçəngə və immunitet zəifliyinə qarşı ən faydalı çarə

İmmunitet, bədən zəifliyi, vitamin, mineral çatışmazlığından əziyyət çəkənlər üçün həkim Füzuli Hüseynovun tövsiyə etdiyi resept olduqca faydalıdır. Bu məcunun o qədər zəngin tərkibi var ki, saymaqla tükənməz. Məcun immuniteti əhəmiyyətli dərəcədə artırır, istifadəsindən 3 gün sonra təsirini göstərir: gözlərin görməsi yaxşılaşır, ürəyin ritmi və vurma gücü qüvvətlənir, qan azlığı, başgicəllənmə, kalsium çatışmazlığı üçün olduqca faydalıdır, adamı tox tutur, tərkibində sellüloza çox olduğundan bağırsaqların düzənli işləməsini təmin edir. Məcun başdan-başa antioksidantdır, xərçəngin profilaktikası üçün faydalıdır.

Lazım olanlar:

Xurma – 300 qram

Əncir – 300 qram

Qara kişmiş – 300 qram

Qoz – 300 qram

Nar şirəsi – 1 stəkan

Bal – 1 stəkan

Nəzərinizə çatdıraq ki, meyvələr quru olmalıdır. Meyvələr və qoz kombaynda üyüdülür, bal ilə nar şirəsi bir-birinə qarışdırılır, sonra hamısı bir-birinə yaxşı-yaxşı qarışdırılaraq şüşə balona tökülür, ağzı kip bağlanılır. Məcundan böyüklər gündə üç dəfə yeməkdən əvvəl bir xörək qaşığı, uşaqlar isə bir çay qaşığı yeyə bilərlər. Məcun soyuq yerdə saxlanılmalıdır, 20 gün müddətində yeyilib qurtarmalıdır. Dadı xoşagələndir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*