Türkiyəli iş adamının da olduğu təyyarə Kolumbiyada dağa çırpılıb.
KONKRET.az milliaz-a istinadən xəbər verir ki, Mehmed Çankaya və dörd Kolumbiya vətəndaşını daşıyan təyyarə üç gün əvvəl qəzaya uğrayıb.
Təyyarənin qalıqları təxminən 9 min fut yüksəklikdə yerləşən dağlıq ərazidə aşkarlanıb.
Hadisə zamanı təyyarədə olan beş nəfərin vəziyyəti ilə bağlı hələlik rəsmi məlumat verilməyib.
