“Xeyli rus texnikası məhv edildi çoxlu cəsədlər var” – Qaydaybackend

“Xeyli rus texnikası məhv edildi çoxlu cəsədlər var” - Qayday

Severodonetsk yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri düşmən kolonunu məğlub ediblər. İşğalçılar kilometrlərlə geri çəkiliblər.

KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Luqansk Regional Dövlət Administrasiyasının rəhbəri Serxi Qayday məlumat verib.

“Severodonetsk yaxınlığında ukraynalı müdafiəçilər kolonu darmadağın edərək düşməni şəhərdən onlarla kilometr geri çəkilməyə məcbur ediblər. Düşmənin xeyli texnikası sıradan çıxarılıb, çoxlu cəsədlər var, – Qayday yazıb.

O, həmçinin qeyd edib ki, Rubijne yaxınlığında ukraynalı müdafiəçilər düşmən təxribat-kəşfiyyat qrupunun şəhərə daxil olmasını dəf ediblər.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*