Xəzər dənizinə “köpəkbalığı” buraxan şəxs üzr istədi – VİDEObackend

Xəzər dənizinə “köpəkbalığı” buraxan şəxs üzr istədi – VİDEO

Xəzər dənizinə köpəkbalığına bənzər naqqa panqassius buraxan şəxs Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinə dəvət edilib.

KONKRET.az xəbər verir ki, bu barədə idarədən bildirilib.

Bildirilib ki, Elxan Osmanov idarənin Balıq Ehtiyatlarının Mühafizə və Brakonyerliklə Mübarizə Bölməsinə dəvət edilib.

O, vətəndaşlar arasında yaratdığı çaşqınlığa görə üzr istəyib.

Qeyd edək ki, bir neçə gün əvvəl E.Osmanov sosial şəbəkələrdə Xəzər dənizinə köpəkbalığı buraxılması ilə bağlı video çəkib, yayıb.

Təşvişə səbəb olan məlum video insanlar tərəfindən birmənalı qarşılanmayıb.//Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*