Xəzər TV-dəki biabırçı görüntülərlə bağlı aktrisadan AÇIQLAMA – VİDEObackend

Xəzər TV-dəki biabırçı görüntülərlə bağlı aktrisadan AÇIQLAMA - VİDEO

Ötən gün Xəzər TV-də yayımlanan “Mətbəxin ağası” verilişi səs-küyə səbəb olub. Belə ki, proqramda çıxış edən aktyorlar Gültac və Hüseyn Əlililərin yemək bişirmək üçün seçdiyi üsul sosial medianın müzakirə obyektinə çevrilib. Cütlüyün “Bir bədəndə iki can” oyunu izləyicilər tərəfindən əsasən tənqid edilib.

Mövzuya KONKRET.az-da aydınlıq gətirən aktrisa Gültac Əlili bunları deyib: “Efir canlı idi. Biz prodüserin və aparıcının təlimatına uyğun olaraq verilişdə iştirak edib oyun oynamışıq. Nəzərinizə çatdırım ki, bu oyunu bizdən öncə xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları, əməkdar artist Çingiz Əhmədov da başqa bir adamla oynayıb. Mən isə 12 illik həyat yoldaşımla oynamışam. Dönə-dönə xatırladıram ki, arxamda dayanan həyat yoldaşım, iki övladımın atası Hüseyn Əlili, onun qabağında da dayanan mən – onun 12 illik xanımı Gültac Əlili olub. Və biz o verilişdə çox gözəl sənət nümunələri nümayiş etdirdik, mahnılar oxuduq. Mən teatrımız haqqında maraqlı bilgilər verdim. Və çox istəyərdim ki, saytlar, jurnalistlər o bilgiləri paylaşardılar. Amma nə etməli ki, belə ucuz xəbərlər daha çox gündəmdə olur, daha çox oxunur. Mənfi rəy yazanlara nə deyim? Həyatda heç bir uğuru olmayan adamlar məcburdurlar ki, öz kin və nifrətlərini kiməsə püskürsünlər. Yenə də hər kəsə sayğılar və sevgilər…”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*