backend

XİN-dən xəbərdarlıq: “İrana səyahət etməyin“

Fransa Xarici İşlər Nazirliyi İrana səfər etmək istəyən vətəndaşlarına xəbərdarlıq edib.

KONKRET.az “TRT Haber”yə istinadən bildirir ki, XİN İranın səyahət xəritəsində “qırmızı” siyahıda olduğunu bildirib.

Xəbərdarlıq ikili vətəndaşlığı olanlara da şamil olunub.

Bəyanatda, həmçinin, İrandakı fransızlara diqqətli olmaları tövsiyə olunub.

Xatırladaq ki, bir müddət əvvəl İranın Kəşfiyyat Nazirliyi casusluq ittihamı ilə 3 Fransa vətəndaşını həbs edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*