XİN: “Nizami Gəncəvi böyük Azərbaycan şairi və mütəfəkkiridir”backend

XİN: "Nizami Gəncəvi böyük Azərbaycan şairi və mütəfəkkiridir"

Azərbaycan bu həftə X Qlobal Bakı Forumuna ev sahibliyi edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Tvitter paylaşımında bildirib.

O qeyd edib ki, martın 9-dan 11-dək Bakıda keçiriləcək forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilib. Builki sammit “Bugünün Dünyası: Çağırışlar və Ümidlər” adlı altında baş tutacaq.

“Azərbaycan bu həftə Nizami Gəncəvi Byenəlxalq Mərkəzi tərəfindən təşkil edilmiş X Qlobal Bakı Forumuna ev sahibliyi edəcək. Azərbaycanda milli səviyyədə ehtiramla anılan böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami bütün həyatını Azərbaycanın qədim Gəncə şəhərində yaşayıb”, – deyə paylaşımda qeyd edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*