Xodorkovski Putinlə bağlı Qərbin əsas səhvini AÇIQLADIbackend

Xodorkovski Putinlə bağlı Qərbin əsas səhvini AÇIQLADI

Qərb Kremlin sahibi Vladimir Putindən və xüsusən Ukraynaya silah tədarükü ilə nəticələnə biləcək eskalasiyadan qorxur.

KONKRET.az xəbər verir ki, bunu Bild-ə müsahibəsində rusiyalı müxalifət lideri Mixail Xodorkovski deyib.

Onun fikrincə, bəzi Qərb siyasətçilərinin bu mövqeyi axmaqlıqdır: “Rusiya isə hesab edir ki, Qərblə artıq müharibə vəziyyətindədir”.

“Düşünürəm ki, Qərb siyasətçiləri ən çox Putindən qorxurlar. Onlar düşünürlər ki, müharibəyə qatılmayıblar. Bu səbəbdən də silahlarının tədarükünü artıra bilərlər. Bu, böyük axmaqlıqdır. Putinin nöqteyi-nəzərindən Qərb siyasətçiləri və ölkələri artıq Rusiya ilə müharibə vəziyyətindədir”, – Xodorkovski bildirib.

O, həmçinin qeyd edib ki, təbliğatçılar deyirlər ki, Putinin əsas məqsədi Ukraynanı soymaqdır: “Rus hərbçilərinin zorakılıqları hərbi təcavüz deyil, qadınlara və uşaqlara qarşı şəxsi təcavüzdür”.

“Əhalinin bir hissəsi deyir ki, Sovet İttifaqını bərpa etmək lazımdır. Əhalinin digər hissələri deyir: faşistlər və nasistlər var. Əslində bu, sadəcə quldurluqdur. Rusiyanın yuxarı eşalonu üçün Ukrayna dövlət büdcəsindən pul oğurlamaq üçün bir fürsət yaranıb. Orta səviyyədə sadəcə torpaq və məhsulları ələ keçirmək, aşağı səviyyədə isə iPad və alt paltarlarını oğurlamaq istəyirlər”, – Xodorkovski vurğulayıb.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*