Xoşqədəm jurnalisti təhqir etdi: “Şərəfini itirdiyin üçün…” – VİDEObackend

Xoşqədəm jurnalisti təhqir etdi: "Şərəfini itirdiyin üçün..." - VİDEO

Jurnalist Pərviz Hüseyn sosial şəbəkə hesabında hər zaman olduğu kimi bu dəfə də yumor tipli paylaşım edib.

KONKRET.AZ xəbər verir ki, jurnalist bu dəfə şəxsi hesabında Xoşqədəm Hidayətqızının efirdən qətlə yetirilən 10 yaşlı Nərminlə bağlı dediklərini paylaşaraq, “Tanışlarım “iphone pro max” alarkən mən” şərhini yazıb. Baxşəliyeva jurnalistin həmin postuna şərh yazıb və həmkarı ilə qalmaqal yaşayıb. Sözügedən dialoqu təqdim edirik:

Xoşqədəm Baxşəliyeva: “Pərviz, bilmirem kimsən, anan, atan kimdir. Bildiyim odur ki, sən bir körpənin ölümünü gülüş obyektinə çevirəcək qədər bir vicdansızsan! Və bu paylaşımını mən paylaşıb seni insanların ixtiyarına buraxacam”.

Pərviz Hüseyn: “Burada körpənin hadisəsinə gülən heç kim yoxdur və əgər kimsə gülürsə, deməli, elə vicdansızdır. Bu tipli videolar səhifəmdə çoxdur. Diqqətlə nəzər yetirsəniz videolarda yumor şəxslərə və hadisələrə köklənmir. Təşəkkür edirəm. İstədiyinizi etməkdə sərbəstsiniz”.

Xoşqədəm Baxşəliyeva: “Ananı çək nə qədər istəyirsən gül. Bir körpə üçün tökülən göz yaşını gülüş obyektine çevirəcək qədər şərəfini itirdiyin üçün valideynlərini tanımaq istədim və indi onları axtarıram. sil indi şərhimi”.

Pərviz Hüseyn: “Xoşqədəm Baxşəliyeva anam artistlik eləmir, Xoşqədəm xanım. Məni təhrik edirsiniz ki, sizə nəsə yazım, məhkəmə predmeti olsun. Amma hamının vicdanı göz qarşısındadır. Allah vicdanı olmayanların bəlasını versin. Bu, mənəmsə, həmçinin də mənim”.

Qeyd edək ki, daha sonra bir neçə jurnalist və izləyicilər də Xoşqədəm Hidayətqızının jurnalistin anasını məsələyə qatdığı üçün qınayıb.

Sözügedən kadrları təqdim edirik:

Big.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*