“Xoşqədəm reytinq, şöhrət və pul uğrunda savaşlarda “qızıl orta”nı itirdi”backend

"Xoşqədəm reytinq, şöhrət və pul uğrunda savaşlarda "qızıl orta"nı itirdi"

“Bir zamanlar “Azad Azərbaycan” Teleradio Kompaniyasında (ATV) Xoşqədəm Hidayətqızı ilə eyni komandada çalışmışam. İnsafən normal münasibətlərimiz də vardı. İnsafən iddialı və bacarıqlı xanım, komanda toplayıb avtoritet kimi başında durmağı bacaran adamdır. Amma… Amması budur ki, Xoşqədəm Hidayət qızı Baxşəliyeva şəxsi keyfiyyətlərindən qaynaqlanan “ƏN, ƏN, ƏN…!!!” olmaq iddiası, eləcə də verilişin gətirdiyi reytinq, dolayısı ilə şöhrət və pul uğrunda savaşlarda o “qızıl orta”nı itirdi”.

KONKRET.az xəbər verir ki, bu sözləri özünün facebook statusunda tanınmış televiziyaçı, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi Nəmənd Rüstəmov deyib. O vurğulayıb ki, “Bu iddialar və maraqlar onu olduğu yerə çıxaran sənətin, yəni telejunalistikanın peşəkarlıq və peşə etikasının təməl qaydalarına xəyanət formasında sabitləşdi. Əvvəl mənim layihə rəhbəri olduğum “Umid var”la “müharibə”yə başladı. Şirkət daxilində Zaurla Xoşqədəmin məşhur “deyişmələri” yaşandı. Məsələni qismən sakitləşdirib, onu vahid komanda qaydaları ilə oynamağa dəvət etsək də, ipə-sapa yatmadı Xoşqədəm. Sonra sözügedən xanımın qonaqlarla pis rəftarı, verilişin reytinqini yüksəltmək üçün ona üz tutan insanları alçaltdığı, etik baxımdan yanlış davrandığı və bənzər göstərişlər verməsi ilə bağlı faktlar çıxdı ortaya. Hətta bununla bağlı videosübutlar da vardı… İnformasiya hardan gəlirdi? Öz komandasından… Fakt qarşısında qalan ATV-nin prezidenti Vüqar Qaradağlı Xoşqədəm Hidayətqızının verilişini bağlayıb, onunla yolları ayırmaq qərarı verdi. Sonra nə oldu??? Heç nə…”.

N.Rüstəmov xüsusi olaraq qeyd edib ki, “O vaxt qılıncının hər iki üzü kəsən Əli Həsənov Xoşqədəmi oğlunun kanalında işə götürtdü, onu eyni verilişlə, amma daha böyük səlahiyyətlə efirə qaytardı, ilk fürsətdəcə Xoşqədəm Hidayətqızına əməkdar jurnalist adı verdi…”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*