XTQ-nin giziri ilə nişanlanan əməkdar artist Nigar Şabanovanın ayrılması haqqında xəbər yayılıb.
KONKRET.az xəbər verir ki, Nigar Şabanova teleqraf.com-a açıqlamasında yayılan xəbərləri yalanlayıb.
“Elə bir şey yoxdur, yalan məlumatdır. Bu nə hoqqadır çıxarırlar? Ayrıldığıma aid dəlil versinlər. Camaata məni söydürürlər. Bu qədər Allahsızlıq olmaz! Toy mərasimim avqustda baş tutacaq”, – müğənni deyib.
Qeyd edək ki, XTQ giziri ilə nişanlanan Nigar Şabanovanın ayrılması ilə bağlı mətbuatda məlumat yayılmışdı.
***
15:06
Bir müddət öncə ona efirdə evlilik təklif edən XTQ giziri ilə nişanlanan Nigar Şabanova gözlənilməz qərar verib.
O, nişan üzüyünü qaytarıb.
KONKRET.az xəbər verir ki, sənətçi bu barədə “MTV Azərbaycan”a danışıb.
O qarşı tərəflə xasiyyətlərinin uyğunlaşmadığını bildirib.
Beləliklə, ayrılmağı qərara alıb. Hərbçinin isə bu ayrılığa razı olmadığı xüsusi vurğulanıb.