Xucbalada qeyri-adi çərşənbə axşamı – pir, qəbirlər, şamlar… – VİDEObackend

Xucbalada qeyri-adi çərşənbə axşamı – pir, qəbirlər, şamlar... - VİDEO

Xalqımızın milli bayramı olan Novruz ölkəmizin müxtəlif bölgələrində fərqli şəkildə qeyd olunur. Şimal bölgəsində də belə fərqlilik nəzərə çarpır.

KONKRET.az-ın şimal bürosu Quba rayonunun Xucbala kəndində çərşənbə axşamını insanlarla birlikdə qeyd edib. Maraqlıdır ki, yerli əhali məzarlıqlarda qəbirlərin üstünə məşəllər və şamlar sancıblar. Həmçinin, pirləri ziyarət edərək, arzu və diləklərini ifadə ediblər.

Qeyd edək ki, belə bir adət Xucbala kəndi ilə yanaşı, Qubanın Rustov, Qam-qam, Nügədi, Pirvahid, Xanagah, Alpan və s. ərazilərində də həyata keçirilir. Bu isə İslam dinindən əvvəl yerli əhalinin atəşpərəstliyə sitayiş etməsi ilə əlaqələndirilir.

Emin Kərimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*