Yağan qar şimal bölgəsinə turist axınını artırıb – VİDEObackend

Yağan qar şimal bölgəsinə turist axınını artırıb - VİDEO

Novruzla əlaqədar şimal bölgəsinə axın edənlərin sayı çoxalıb. Həm yerli, həm də xarici turistlərin ən çox üz tutduğu rayonlardan biri də Qubadır. Əsrarəngiz təbiəti, büdcəyə uyğun istirahət məkanları Qubanı digər rayonlardan fərqləndirir. Ona görə də istirahət üçün insanlar məhz bu rayonu daha çox seçir.

KONKRET.az xəbər verir ki, Qubaya gələn turistlər ən çox dağlıq ərazilərdəki istirahət mərkəzlərinə üz tutur. Qarın yağması isə Quba-Xınalıq yolu üzərində yerləşən məkanlara baş çəkən insanların sevincini daha da artırır.

Yüksək Xidmət, keyfiyyətli və ləziz təamlar turistləri daha çox cəlb edir. Yerli turistlərlə yanaşı başqa ölkələrdən istirahət üçün Azərbaycana gələnlər də az deyil.

Turizm mərkəzinin icraçı direktoru  Valid Beydullayev bildirib ki, novruz bayramında isti havanın müşahidə olunacağını gözləsələr də, bunun tam əksi ilə rastlaşıblar.

Qeyd edək ki, bayram günlərində rayona gələn turistlərin sayı adi vaxtlara nisbətən 50-60 faiz çoxdur. Buna görə də, turizm mərkəzləri gücləndirilmiş iş rejimində çalışır.

Emin Kərimov,

KONKRET.az  

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*