Tanınmış israilli politoloq, analitik, İsrailin “Nativ” xüsusi xidmətinin keçmiş rəhbəri Yakov Kedmi əmindir ki, Türkiyə ilə Rusiya arasında münaqişə ola bilər.
KONKRET.az xəbər verir ki, o, Topdaynews.ru nəşrinə verdiyi açıqlamada Rəcəb Tayyib Ərdoğanı “Sultan” adlandırıb.
O hesab edir ki, Moskva ciddi müharibə qərarı vermədən “Sultan”ı dayandıra biləcək.
İsrail mütəxəssisinin fikrincə, Ərdoğan Suriyadakı prosesləri qanlı qırğına gətirə bilər. Buna baxmayaraq, Rusiya əvvəlcə birbaşa hərbi güc tətbiq etmədən vəziyyətdən çıxmağa çalışacaq.
“Türkiyə Suriyada təhdidlə qarşılaşacaq. Amma Rusiya ilə birbaşa döyüşməyəcək”, – deyən mütəxəssis onu da vuğulayır ki, Türkiyə son vaxtlar getdikcə daha çox Suriya əraziləri üzərindəki nəzarətini bərpa etməyə çalışır. Vəziyyət 2015-ci il Suriyada bir rus təyyarəsinin türklər tərəfindən vurulduğu həmin dövrə qayıdır. Kedmiyə görə, türklər Suriyada çox sərt davranış nümayiş etdirirlər, davamlı müxtəlif təxribatlar təşkil edirlər. Kedmi deyir ki, onları yalnız Rusiya Prezidenti Vladimir Putinin gözlənilməz reaksiyası dayandıra bilər.
Natiq Səlim,
KONKRET
