Yanğınsöndürənlərimiz qardaş ölkədən nə vaxt qayıdacaqlar? – Nazir müavini AÇIQLADIbackend

Yanğınsöndürənlərimiz qardaş ölkədən nə vaxt qayıdacaqlar? - Nazir müavini AÇIQLADI

“Biz yaxın günlərdə Türkiyəni tərk edərək Vətənə qayıdacağıq”.

KONKRET.az xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Muğlada azərbaycanlı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərova Marmarisdəki “böhran mərkəzi”ndə keçirilən toplantının nəticəsini məruzə edib:

“Xüsusi tapşırıq və göstərişləri aldıq. Qısa müddətdə bölgəni tərk edəcəyik. Hazırda 350 şəxsi heyət və 54 yanğın avtomobili ərazidə növbədədir. Bazar günü heç bir hadisə baş verməsə, biz qüvvələri bazalara çəkəcəyik. Bütün avtomobillər, texnikalar baxışdan keçiriləcək. Bazar günü və bazar ertəsi Vətənə qayıdacağıq”./report/

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*