Yaponiya rusiyalı diplomatı ölkədən ÇIXARIRbackend

Yaponiya rusiyalı diplomatı ölkədən ÇIXARIR

Yaponiya Rusiyanın Sapparo şəhərindəki konsulluğunun bir əməkdaşını ölkədən çıxarır.

KONKRET.az Kyodo” agentliyinə istinadən xəbər verir, bu barədə Yaponiyanın xarici işlər naziri Yosimasu Hayaşi bildirib.

Onun sözlərinə görə, rusiyalı diplomat “arzuolunmaz şəxs” (persona nonqrata) elan edilib və oktyabrın 10-dək ölkəni tərk etməlidir.

Bildirilib ki, bu qərar Yaponiyanın Vladivostokdakı konsulunun ölkədən çıxarılmasına cavab olaraq qəbul edilib.

Qeyd edək ki, sentyabrda FTX Yaponiyanın Vladivostokdakı konsulu Motoki Tatsunorini məxfi məlumat alarkən saxlayıb. Kəşfiyyat xidmətinin məlumatına görə, diplomat günahını etiraf edib. Rusiya Xarici İşlər Nazirliyi Tokioya etiraz edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*