backend

Yaponiyada qəribə obyekt həyəcan yaşatdı - VİDEO

Yaponiya sakinlərini səmadakı qəribə obyekt təlaşa salıb.

KONKRET.az xarici mətbuata istinadla xəbər verir ki, bazar gününə keçən gecə, təxminən 1:25-də kürə formasında odlu obyekt buludların arxasından yerə doğru hərəkət edib. Ölkənin qərbində və mərkəzi hissəsində müşahidə edilən obyektin parlaqlığını bədirlənmiş ayın işığına bənzədiblər.

Gifu prefektiruasındakı planetariumun direktoru Takeşi İnoue deyib ki, söhbət boliddən, yaxud “düşən ulduz”dan gedir. “Hesab edirik ki, bolidin partlayarkən saçdığı işıq bədirlənmiş Ayın işiğına bərabər idi”, – o deyib.

Şahidlərin çoxu deyib ki, bolidin düşməsi zamanı güclü uğultu da eşidiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*