Yaponiyada quş qripi təhlükəsibackend

Yaponiyada quş qripi təhlükəsi

Yaponiyanın Kaqava prefekturasında quş qripi virusunun yayılması ilə əlaqədar 110 minə yaxın toyuq məhv ediləcək.

KONKRET.az xəbər verir ki, bunu Yaponiyanın Kənd Təsərrüfatı, Meşə və Balıqçılıq Nazirliyi bildirib.

Məlumatda deyilir: “Bu gün, fevralın 6-da Kaqava prefekturasının Mitoyo şəhərində şübhəli yüksək patogenli quş qripi virusu təsdiqləndi. Bu, cari mövsümdə 8-ci haldır. Dünən quş tələfatında artım qeydə alınıb. Müvafiq olaraq, quş qripi üçün yerində test aparılıb və nəticələr müsbət çıxıb. Bu gün, fevralın 6-da yüksək patogenli quş qripi ilə bağlı şübhələri təsdiqləyən genetik analiz aparılıb”.

Xatırladaq ki, ötən mövsümdə Yaponiyada quş qripinə 84 yoluxma halı qeydə alınıb və nəticədə 17,71 milyon quş ölüb. Bu, ölkədə yumurta qıtlığına və qiymətlərin kəskin artmasına səbəb olub.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*