Yaponiyanın Hokkaydo adası Şimali Koreyaya görə BOŞALDILDIbackend

Yaponiyanın Hokkaydo adası Şimali Koreyaya görə BOŞALDILDI

Şimali Koreya Yaponiya dənizinə naməlum ballistik raket atıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi məlumat yayıb.

Bildirilib ki, Yaponiya hökuməti Hokkaydonun şimal prefekturasında evakuasiya elan edib və sakinlərdən sığınacaqlara girmələri istənilib.

Yaponiya Baş nazirinin ofisində raketin buraxılışı ilə bağlı məlumat toplamaq və ölkəyə hər hansı ziyan dəydiyini yoxlamaq üçün təcili qərargah yaradılıb.

Qeyd olunub ki, Hokkaydo prefekturasında qatarların hərəkəti dayandırılıb, yüksəksürətli avtomobil yolları isə bağlanıb. Sakinlərə pəncərələrdən uzaq durmaları barədə xəbərdarlıq edilib. Daha sonra Yaponiya Sahil Mühafizəsi raketin düşdüyü barədə məlumat yayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*