“Yaxın günlərdə tam bitəcək, sevinəcəyik!” – AÇIQLAMAbackend

"Yaxın günlərdə tam bitəcək, sevinəcəyik!" - AÇIQLAMA

“ABŞ-da görüş başa çatdı, gözlənilən kimi heç bir sənəd imzalanmadı, imzalanması mümkün də deyildi: 1) Rusiya kənarda hansısa sənədin imzalanmasını istəmir – istəməzlər, lap yaxşı, mane olmasınlar, biz də kənarda sənəd imzalamayaq, 2) Bu görüş ABŞ seçkilərinə hesablanıb deyə zatən görüntü üçün idi ki, ABŞ da işin içindədi, Tramp bu işlə məşğuldu. Amma Ağ Ev Qarabağ məsələsində həm də ona görə aktiv deyil ki, zatən Kaliforniya ştatı Demokratlara səs verir – bir neçə on min erməni səsi bir şey həll etmir, o zaman nədən dərinə gedib Azərbaycanla, Türkiyə ilə aranı pozsun ki?! Tramp bu məsələdə də daha praqmatik davranır, 3) Ermənistan tərəfinin indi ən çox istədiyi odur ki, 3-5 gün savaş dayansın, bunlar silah-sursat, canlı qüvvə toplayıb hücuma keçib Hadrutu, ya da başqa işğaldan azad edilmiş böyük şəhər, və ya qəsəbənin birini yenidən işğal edib sınmış dirənişlərini bir az bərkitsin, mənəvi çöküş yaşayan ordusunu və xalqını ayaqda tutmağa çalışsın, amma görünən odur ki, öz axmaq siyasətləri və Azərbaycanın “de-facto” bağladığı ittifaqlar, doğru xarici siyasət, güclü Ordu onları ortada tək qoyub”.

KONKRET.az-ın xəbərinə görə, bunu ReAl Partiyanın funksioneri Natiq Cəfərli deyib.

N.Cəfərli bildirib ki, bu gün Azərbaycanın həm hərbi, həm mənəvi, həm hüquqi, həm diplomatik üstünlüyü, həm də Dövlət-Xalq-Ordu birliyi Qələbənin təminatına çevrilib: “Allah Əsgərimizi və Ordumuzu qorusun! Yağı düşmən o qədər torpaq işğal edib ki, azad etməklə bitmir, amma yaxın günlərdə tam bitəcək, bu gün də sevindik, sabah daha çox sevinəcəyik!”

  • Aleks
    Oktyabr 31, 2020 - 18:26

    Скорее Адольф Пашинян выведет армянских террористов из Карабаха
    Это будет хорошо, если это произойдет, то армяне будут истреблены!
    После освобождения оставшихся территорий Карабаха необходимо немедленно освободить Мехри, а затем Азербайджан должен потребовать возврата Зангезурского и Гейчинского районов в состав Азербайджана до так называемой Армении. В то же время 265 тысяч азербайджанцев, изгнанных из Армении в 1988 году, должны вернуться в свои дома. Он должен выплатить Азербайджану огромную компенсацию за Ходжалинский геноцид, преступления, которые он совершил в Гяндже и Барде, и оккупацию наших земель на протяжении почти 30 лет! Да здравствует азербайджанский солдат!
    Карабах – это Азербайджан!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*