Yaxın Şərq uğrunda amansız savaş başlayır – Türkiyə Yunanıstandan sonra bu ölkə ilə müharibəyə gedirbackend

Yaxın Şərq uğrunda amansız savaş başlayır - Türkiyə Yunanıstandan sonra bu ölkə ilə müharibəyə gedir

“Türkiyə ilə İsrail arasında ziddiyyətlərin kəskinləşməsi geosiyasi xarakter daşıyır”.

KONKRET.az xəbər verir ki, bu sözləri edməni akademik Ruben Safrastyan bildirib. Onun fikrincə, ABŞ Yaxın Şərqdəki mövcudluğunu azaltmağa hazırlaşdığı üçün regionun iki nüfuzlu dövləti – Türkiyə və İsrail – yaranacaq boşluğu doldurmaq uğrunda mübarizə aparır.

Ruben Safrastyan Armenpress agentliyinə müsahibəsində ABŞ-ın iki müttəfiqi olan Türkiyə və İsrail arasında gərginləşən münasibətlərə, eləcə də Vaşinqtonun onlarla münasibətlərdə balanslaşdırılmış siyasət yürüdə bilib-bilməyəcəyi məsələsinə toxunub.

“Yuxarıda qeyd olunan geosiyasi rəqabət bu və ya digər şəkildə ABŞ-la bağlı olduğundan burada bir növ üçbucaq formalaşıb. ABŞ-ın bu iki güc mərkəzi arasında yaranmış qarşıdurmanı aradan qaldırmağa və ya heç olmasa yumşaltmağa nə dərəcədə nail olacağını zaman göstərəcək. Hazırkı mərhələdə isə Vaşinqton bu istiqamətdə ciddi səylər göstərmir. Digər tərəfdən, Türkiyə ilə İsrail arasındakı qarşıdurma hələ kritik həddə çatmayıb, baxmayaraq ki, belə bir perspektiv getdikcə daha real görünür”, – deyə Safrastyan bildirib.

O, həmçinin Türkiyə ilə Yunanıstan arasında keçmişdə baş vermiş qarşıdurmanı xatırladaraq qeyd edib ki, həmin dövrdə ABŞ iki müttəfiqi arasındakı kəskin ziddiyyətləri aradan qaldıra bilməmiş və nəticədə tərəflər arasında birbaşa hərbi toqquşmalar baş vermişdi.

Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*