Yenə Qurana HÖRMƏTSİZLİK! – Qalmaqalın ünvanı bu dəfə İsveç DEYİLbackend

Yenə Qurana HÖRMƏTSİZLİK! - Qalmaqalın ünvanı bu dəfə İsveç DEYİL

Hollandiyadakı “Pegida” təşkilatının lideri Vaqensveld əvvəlcə “Qurani-Kərim”i cırıb, sonra isə yandırıb.

KONKRET.az xəbər verir ki, Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranın yandırılmasına İsveçdə reaksiyalar davam edərkən, Hollandiyada daha bir qalmaqal yaşanıb. Hollandiyadakı “Pegida” təşkilatının lideri Vaqensveld əvvəlcə “Qurani-Kərim”i cırıb, sonra isə yandırıb.

Rasmus Paludan “Qurani-Kərim”i yandırdıqdan sonra Türkiyə və İslam dünyası ayağa qalxıb. Paludandan sonra Hollandiyanın Haaqa şəhərində növbəti çirkin hadisə baş verib.

Pegidanın Hollandiyadakı lideri Edvin Vaqensveld dünən müvəqqəti Nümayəndələr Palatasının qarşısında əlində Quran nümayiş etdirib. Vagensveld Hollandiyanın diplomatik mərkəzi kimi tanınan Haaqada baş verən qalmaqallı şounu sosial media hesabında paylaşıb. Kadrlarda Vaqensveldin Quranın vərəqlərini cırması, yandırması və kitabın üzərinə ayaq basması əks olunub.

Maraqlıdır ki, daha əvvəl iki dəfə eyni əməli törətdikdən sonra saxlanılan Vaqensveldə bu dəfə müdaxilə edilməyib.

İsveçdə Türkiyədən NATO üzvlüyünün təsdiqini gözləyən anti-islam nümayişçisi Rasmus Paludan reaksiyalara baxmayaraq, yanvarın 21-də Quranı yandırıb.

Hücumdan sonra açıqlama verən Paludan ölüm təhdidləri aldığını vurğulayaraq, “Türkiyəyə qol vurduğumu düşündüm, amma təsəvvür etdiyim kimi olmadı”, – o deyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*