Yenə rüsum, yenə cərimə – Anlamaq olmur bu addımlarıbackend

Yenə rüsum, yenə cərimə - Anlamaq olmur bu addımları

Rəsmi məlumatlara əsasən toxumçuluq sahəsində fəaliyyət göstərən toxum əməliyyatçılarının qeydiyyatına və toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsinə görə yeni dövlət rüsumları müəyyənləşib. Seleksiya və toxumçuluq sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) informasiya sistemindən çıxarışın verilməsinə görə 50 manat manat, seleksiya və toxumçuluq sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) informasiya sistemindən çıxarışın dublikatının verilməsinə görə 10 manat, toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsinə görə (bir sənəd) 25 manat dövlət rüsumu müəyyənləşib”.

KONKRET.az xəbər verir ki, iqtisadçı Natiq Cəfərli yeni rüsumları şərh edərək onların tətbiqini tənqid edib.

O bildirib ki, toxumlara sertifikatın verilməsinə görə rüsum müəyyənləşdirilməsini müəyyən qədər anlamaq mümkün olsa da, informasiya sistemindən çıxarışın verilməsi üçün 50 manat tutulması suallar doğurur.

“Anlamaq olmur, doğurdan da olmur, sertifikatın özü üçün rüsum olsaydı, deyərdim ki, bəli də, iş görürlər, labaratoriya analizi edirlər, xərc və əmək sərf edirlər – halbuki, aqrar sektor prioritetdirsə, bu da pulsuz olmalıdır.

Yeni rüsumlar kiçik məbləğlərdir, bu heç, amma, insanı düşündürən odur ki, informasiya sistemində bu sertifikat var, sadəcə onu çap edib təqdim etmək niyə 50 manat olsun ki? Printer və kağız xərcləri 1 qəpik olar, niyə 50 manat? Eyni qaydada sertifikatın dublikatını çap edib təqdim etmək niyə 10 manat olmalıdır?” – deyə iqtisadçı bildirib.

Cəfərli qeyd edib ki, aqrar sektor prioritet sahə hesab edilirsə, bu istiqamətdə belə xidmətlərin mümkün qədər pulsuz və ya minimal xərclə həyata keçirilməsi daha məqsədəuyğun olardı.

Onun sözlərinə görə, məbləğlər kiçik olsa da, əsas məsələ rüsumların tətbiqinə yanaşmadır:

“Bu gün istənilən sahədə rüsum və cərimələr o həddə çatıb ki, artıq ciddi bir xərc maddəsinə, vergi növünə dönüb. Bu yanaşma iqtisadi aktivliyi boğur”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*