Yeni azadlığa çıxan “qanuni oğru” axtarışa verildibackend

Yeni azadlığa çıxan “qanuni oğru” axtarışa verildi

Hüquq-mühafizə orqanları daha çox “Hobot” kimi tanınan “qanuni oğru” Andrey Voznesenskini federal axtarışa verib.

KONKRET.az xəbər verir ki, bu barədə “112” teleqram kanalı məlumat yayıb.

Rusiyanın aparıcı kriminal avtoritetlərindən biri olan “Hobot” Cinayət Məcəlləsinin 210-cu maddəsi (“Cinayət iyerarxiyasında ən yüksək vəzifə tutmaq”) ilə ittiham olunur.

Təhlükəsizlik qüvvələrinin məlumatına görə, o, oğru ideologiyasını, cinayətkar adət və ənənələri yaydığı Moskva vilayətini “ram edib”.

2021-ci ildə Tulanın Leninski Rayon Məhkəməsi Voznesenskini xüsusilə böyük miqyasda dələduzluq cəhdinə görə altı il yarım müddətinə azadlıqdan məhrum edib. Qanuni oğrunun 2027-ci ilin yanvarında azadlığa çıxması nəzərdə tutulsa da, aprel ayında görmə qabiliyyətinin itirilməsi səbəbindən vaxtından əvvəl azadlığa buraxılıb.

“Hobot” ağır ittihamlarla 8 dəfə məhkumluq həyatı yaşayıb.//Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*