Yeni icra başçısı daha bir vəzifəli şəxsi İŞDƏN ÇIXARDIbackend

Yeni icra başçısı daha bir vəzifəli şəxsi İŞDƏN ÇIXARDI

Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov daha bir vəzifəli şəxsi işdən çıxarıb.

KONKRET.az Unikal.org-a istinadən xəbər verir ki, Elmir Bağırovun əmri ilə, Saatlı rayon İcra Hakimiyyətinin Sektor müdiri – baş mühasib Quliyeva Bəyim Əmirxan qızı tutduğu vəzifədən azad edilib.

Onun yerinə hələlik təyinat yoxdur.

Xatırladaq ki, Elmir Bağırov avqust ayının 24-də Prezident İlham Əliyevin Sərəncamı ilə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*