Yeni texnologiya ilə istifadə edilməyən paltarlar təzələnirbackend

Yeni texnologiya ilə istifadə edilməyən paltarlar təzələnir

Şkaflarımızda geymədiyimiz çoxlu geyim var. Bu problemə həll tapmaq məqsədi ilə Re:Newcell adlı şirkət, paltarları təzələməyi bacaran yeni bir texnologiya icad edib.

KONKRET.az xəbər verir ki, Re:Newcell adlı şirkət, istifadə edilməyən köhnə paltarlardan yeni parçalar əldə edə biləcəkləri bir texnologiya yaradıb. Şirkət, “sirkulyasiya” adını verdiyi texnoloji müddət ilə yeni parçaları əldə etməyi bacarıb. Əldə edilən parçaların növləri məhdud olmasına baxmayaraq, təzələnməyə böyük qatqısı olacağı ifadə edilib.

Şirkət, keçən həftələrdə nəhəng geyim markalarından H&M ilə razılaşma imzaladıqlarını elan edib. Şirkət istehsalatı İsveçdə qurub. H&M ilə ortaq olan şirkət, texnologiyanı mart ayında tətbiq etməyi planlaşdırır.

Bu texnologiya ilə pambıq, viskon kimi təbii parçalardan əldə edilən köhnəlmiş paltarlar toplanır. Zəncirbənd və düymə kimi əlavələr çıxardılır və geri qalan hissələr parçalanır. Sonra boya və ya plastik kimi digər komponentlər, kimyəvi bir əritmə əməliyyatı ilə ayrılır. Daha sonra əldə edilən parçalar qurudulur. Bütün bu əməliyyatlardan sonra xam parça əldə edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*