“Yəqin ki, oturub bir yerdə səhiyyənin gələcəyini fikirləşəcəklər” – İşdən çıxarılan nazir müavinibackend

“Yəqin ki, oturub bir yerdə səhiyyənin gələcəyini fikirləşəcəklər” - İşdən çıxarılan nazir müavini

“Səhiyyə nazirinin müavini vəzifəsindən azad olunacağımı gözləmirdim”.

KONKRET.az xəbər verir ki, bu sözləri  Səhiyyə nazirinin müavini vəzifəsindən bu gün azad olunan Viktor Kərimoviç Qasımov deyib.

Viktor Qasımov bildirib ki, bu vəzifəsindən azad olunsa da, başqa işə təyin edilməyib:

“Bilmirəm bundan sonra hansı işlə məşğul olacam. Həkim kimi də fəaliyyətimi nəzərdən keçirəcəyəm. Baxacam vəziyyətə. Görüm nə olacaq? Vəzifəmdən azad olunacağımı gözləmirdim.

Bunu mən də sizin kimi bu gün öyrəndim. Dörd müavin vəzifəsindən azad olunub. Heç birimizə hər hansısa bir vəzifə verilməyib”.

Sabiq nazir müavini vurğulayıb ki, səhiyyə sistemi vahid olmalıdır:

“Səhiyyə Nazirliyinə yeni tərkib gəldi, yeni müavinlər təyin olundu. Yəqin ki, oturub bir yerdə səhiyyənin gələcəyini fikirləşəcəklər. Mən bir mütəxəssis kimi demək istəyirəm ki, səhiyyə sistemi vahid olmalıdır. Səhiyyəni parçalamaq olmaz”./Qaynarinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*