Yerevanda Moskva günü: Ermənistanda Rusiyaya belə nifrət edirlər – VİDEObackend

Yerevanda Moskva günü: Ermənistanda Rusiyaya belə nifrət edirlər - VİDEO

Ötən həftə Yerevanda Moskvanın 872 illiyinə həsr edilmiş tədbir keçirilib.

Konkret.az -ın “Sputnik Armeniya” agentliyinə istinadən məlumatına əsasən, əsas tədbir Ermənistan paytaxtının Şimal prospektində baş tutub.

Bu, həqiqətən də, əsas tədbir olsa da, önəmli məsələlər kadr arxasında qalıb.

Bazar günü Yerevanın Şimal prospektində məşhur DJ-lərin və uşaq-gənclər kollektivlərinin iştirakı ilə konsert keçirilib.

Nəfəsli alətlər orkestrinin çıxışları olub, rus və erməni milli geyimlərinin, məşhur rəssamların əsərlərinin sərgisi keçirilib.

Bu, Yerevanda Moskvanın 872 illiyinə həsr edilmiş tədbirin göstərilən üzüdür.

Eyni gündə Yerevanda lentə alınan videoda isə başqa mənzərə üzə çıxır.

Çox güman ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bu kadrları görməyib.

Ehtimal edilir ki, səfir Nikol Paşinyanın “Məlumatlandırılmış vətəndaşlar ittifaqı”na maliyyə ayırdığını bilmir.

Bu ittifaqın lideri Daniel İoannisyan Rusiya Prezidenti Vladimir Putini həbsə atacağı ilə hədələyib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*