Yetkinlik əksər valideynlərin uşaqlarında fiziki, emosional və zehni dəyişiklikləri müşahidə etdiyi bir prosesdir. Bu dövrdə valideynlər və uşaqlar arasında ünsiyyət əlaqəsini düzgün qurmaq çox vacibdir. KONKRET.AZ mütəxəssis-psixoloq Burcu Sancar Çapanın yetkinlik dövründə sağlam bir ailə qurmaq üçün valideynlərə verdiyi vacib tövsiyələri nəzərinizə çatdırır.
Onu başa düşməyə çalışın
Valideynlərin yeniyetməlik illəri haqqında düşünmələri övladlarını anlamağa kömək edəcəkdir.
Uşağınızın qəfil əhval dəyişikliyinə hazır olmalısınız. Zaman zaman onlara müdaxilə edə biləcəyini unutmayın. Nə gözlədiyini bilən valideynlər bunun öhdəsindən daha yaxşı gələ bilərlər.
Yaxşı dinləyici olun
Yetkinlik dövründəki uşaq danışmaq mövzusunda çox istəkli görünməsələr də, ana-atalarının yanlarında olmalarına çox ehtiyac duyarlar.
Övladlarını mühakimə etmədən dinləyən valideynlər hər zaman təsəlli verəcək və onları düz bildikləri şeyə inandıracaqlar. Valideynlərin yaxşı bir dinləyici olmas, uşaqların ana-ataya yaxınlaşmasına səbə olacaq. Digər tərəfdən uşaqla ünsiyyət yolunu açıq tutan valideynlər yetkinlik dövründəki uşaqlarının internetdən səhv məlumat öyrənmələrinə də mane olmaq imkanı qazanırlar.
Dəqiq qaydalar qoyun
Yetkinlik illərinin sınaq-yanılma illəri olduğunu unutmamakda fayda var.
Uşağınızı siqaret, narkotik və spirtli içkilərin zərərləri kimi mövzularda məlumatlandırın. Aydın, ardıcıl qaydaların qurulması və ailədəki hər kəsin bu qaydalar daxilində birləşməsini təmin etmək valideynlərə evdə nizam-intizam qurmağa imkan verir. Dərs və asudə vaxt rejimləri tərtib edilməlidir və bu qaydaların nə səbəblə lazımlı olduğunu izah etməyə çalışın. Digər tərəfdən, uşağınıza hər vəziyyətdə müdaxilə etməyə də çalışmayın. Uşağa güvənmək sağlam bir ünsiyyət prosesidir.
Nəyə “xeyr” deyəcəyinizi yaxşı qərar verin
Yetkin uşaqlar valideynlərini təəccübləndirməyi sevirlər. Fərqli istəklərinə qarşı mütləq anlayışlı olun. İstəklərini daha yaxşı anlamağa çalışın. Hər istəyə qarşı çıxan yeniyetmələr bunu gizli şəkildə etməyə meyllidirlər.
Uğurlarını qeyd edin
Uşağınızın müvəffəqiyyətli olduğu mövzuları mütləq təqdir edin. Əhəmiyyətli idman, musiqi fəaliyyətlərini qaçırmamağa çalışın. Kədərli vaxtlarında onlarla birlikdə olun və övladlarınıza daim dəstək olmağa davam edin.
Onu məsuliyyətə cəlb edin
Özünü daha da böyümüş hiss edən uşağınıza evdəki işlər, alış-veriş mövzusunda özünə uyğun məsuliyyətlər verin. Öz seçimləri və fikirləri haqqda tez-tez soruşun. Bu həm böyüdüyünü fərqində olduğunuzu göstərir, həm də məsuliyyət duyğusunun inkişafına köməkçi olur.
Ona sağlam vərdişləri inkişaf etdirməyə kömək edin
Ərgən dövrdəki uşaqların maraq sahələrinə uyğun şəkildə, enerjilərini doğru yönləndirə biləcəkləri idman, sənət kimi sahələrin hobbiyə çevrilməsinə kömək edin. Bu, onların həm fiziki, həm də psixoloji sağlamlığına müsbət təsir göstərəcək.
Yoldaşlarıyla daha çox zaman keçirmə istəklərinə anlayışlı olun
Uşaqların yoldaşlarıyla birlikdə olmaq istəməsi sağlam sosial inkişafın bir hissəsidir. Valideyn olaraq buna mane olmağa çalışmaq uşağın ictimai inkişafına mane olur. Uşağınızın yoldaşlarını, hətta mümkünsə ailələrini tanımağa çalışın. Təhlükəsiz dostlar dairəsi yaratmaq uşağınızın sağlam sosial inkişafına töhfə verir.
Hazırladı: LEYLA
