Yevlaxda 100-dək çinar yandı – Fotolarbackend

Yevlaxda 100-dək çinar yandı - Fotolar

Yevlaxda yanğın hadisəsi olub.

KONKRET.az-ın xəbərinə görə, yanğın hadisəsi Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun kənarında, Tanrıqullar və Hürüuşağı kəndlərinin aralığında baş verib. Yanğın zamanı yol kənarında 100-ə yaxın ağac yanıb. Güclü yanğın 1 hektara yaxın ərazini əhatə edib. Küləyin təsirindən yanğın ətrafa yayıldığından alovu ram etmək çətinləşib.

Əraziyə yanğınsöndürmə birqadası çağrılıb. Çətnliklə də olsa, yanğın söndürülüb. Hadisə zamanı ərazidə 100-ə yaxın çinar ağacı yanğından ziyan görüb. Onlardan bir neçəsi tamamilə yandığından küləyin təsirindən aşıb. Yanğından zərər görən ağaclar 8-10 il öncə yol kənarına əkilən çinarlardır. Baş verən hadisə ilə bağlı müvafiq qurumlar məlumatlandırılıb.

Qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*