Yevlaxda ağır yol qəzası – 1 ölü, 2 yaralıbackend

Yevlaxda ağır yol qəzası - 1 ölü, 2 yaralı

Yevlax-Xaldan yolunun Qaraoğlan kəndi ərazisindən keçən hissəsində 2 minik avtomobilinin toqquşması zamanı ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.

KONKRET.azın bölgə müxbirinin verdiyi məlumata  görə, qəza nəticəsində Yevlax rayon sakini, 1963-cü il təvəllüdlü Quliyev Namiq Qabil oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Mingəçevir şəhər sakinləri, 1961-ci il təvəllüdlü Paşayev Gəray Xasay oğlu, 1997-ci il təvəllüdlü Dadaşova Çimnaz Dadaş qızı və Yevlax rayon sakini, 1995-ci il təvəllüdlü Vaqifli Fərid Azər oğlu müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlər onların vəziyyətini kafi qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

 

10:25
Yevlax rayonunda avtomobillər toqquşub, 1 nəfər ölüb.

Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Yevlax şəhərinin Qaraoğlan kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Aran Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Reno” və “Chevrolet” markalı 2 minik avtomobili toqquşub, 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərin meyiti zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*