Yol polisləri istənilən vaxt reyd keçirə bilərlərmi? – AÇIQLAMAbackend

Yol polisləri istənilən vaxt reyd keçirə bilərlərmi? - AÇIQLAMA

“Dövlət Yol Polisi tərəfindən reyd o halda keçirilir ki, bununla bağlı müvafiq plan-tapşırıq olur. Yol polisi rəhbərinin və yaxud ərazi polis şöbəsinin rəhbərinin tərtib etdiyi plan-tapşırıq əsasında müəyyən vaxtlarda müəyyən ərazilərdə reydlər keçirilə bilər. Bunlar təhlükəsizliyin təmin olunması, sərxoş vəziyyətdə avtomobil idarə edən sürücülərin aşkarlanmasına xidmət edən reydlərdir. Bu reydlər zamanı bir sıra digər inzibati xətaların aşkarlanması və bununla bağlı müvafiq tədbirlərin görülməsi də mümkündür. Reydlərin hansısa ayrı-ayrı inspektorlar tərəfindən təkbaşına keçirilməsinə yol verilmir. Bir sözlə, reydlər adətən bir neçə patrul naryadı, əməkdaşı tərəfindən plan-tapşırıq əsasında həyata keçirilir”.

KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a tanınmış vəkil Turan Abdullazadə yol polisi əməkdaşları tərəfindən reyd keçirilməsi barədə əvvəlcədən sürüclərin məlumatlandırılması məsələsinə aydınlıq gətirərkən deyib.

Şəxsi həyatın toxunulmazlığını pozma cəzasının sərtləşdirilməsinə ehtiyac varmı? - AÇIQLAMA Pravda.az

Vəkil bildirib ki, nəqliyyat vasitəsi qanunsuz saxlanılıbsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində avtomobilə  maddi zərər vurulubsa, sürücü inzibati qaydada şikayət edə, o cümlədən məhkəməyə müraciət edə bilər:

“Nəqliyyat vasitəsi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 85-ci maddəsində nəzərdə tutulmayan əsaslara görə nəqliyyat vasitəsi saxlanıla bilməz. Mövcud qanunun 85-ci maddəsinə əsasən, yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşı qanunla ona verilmiş səlahiyyətlər daxilində öz vəzifələrini yerinə yetirir, nəqliyyat vasitəsini idarə edən şəxslərdən bu hallarda nəqliyyat vasitəsini dayandırmağı tələb edə bilər: nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ya avtomobil yollarından istifadə qaydalarının pozulduğu vizual şəkildə aşkar edildikdə, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ya avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda, habelə nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən inzibati xətanın törədilməsi barədə radio-cihaz vasitəsilə müvafiq icra hakimiyyəti orqanının digər əməkdaşından məlumat daxil olduqda, nəqliyyat vasitəsi axtarışda olduqda, nəqliyyat vasitəsini idarə edən şəxs və ya onunla birlikdə olan sərnişin tərəfindən cinayətin törədilməsi və ya cinayətin törədilməsində şübhələnilməsi haqqında dəqiq məlumat olduqda, bu qanunun 37-ci maddəsinin III hissəsində nəzərdə tutulmuş hallarda bu nəqliyyat vasitəsindən istifadə etmək zərurəti yarandıqda. Nəqliyyat vasitəsi sənədlərin yoxlanılması məqsədilə yalnız stasionar postlarda dayandırıla bilər. Nəqliyyat vasitəsinin dayandırılması fit və jezllə işarə verməklə, yaxud səsgücləndirici cihaz vasitəsilə nəqliyyat vasitəsini idarə edən şəxsin aydın görə, eşidə biləcəyi şəkildə tələb edilməlidir. Nəqliyyat vasitəsinin qanunsuz ələ keçirilməsi (qaçırılması) və ya sürücünün cinayət törətməkdə şübhəli olması barədə dəqiq məlumat olduqda, yaxud nəqliyyat vasitəsinin sürücüsü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda, nəqliyyat vasitəsinin dayandırılması tələbini yerinə yetirməyən sürücünün nəqliyyat vasitəsi təhlükəsizlik şərtlərinə əməl edilməklə və müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə radio-cihaz vasitəsilə məlumat verilməklə təqib edilə bilər, həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırma vasitələrindən istifadə edilə bilər. Nəqliyyat vasitəsi dayandıqda polis ona yaxınlaşır, özünü nəqliyyat vasitəsinin sürücüsünə təqdim edir və bundan sonra ona dayandırılmanın səbəbini bildirərək ondan sənədləri təqdim etməyi tələb edir. Nəqliyyat vasitəsini idarə edən şəxsin sənədləri qaydasındadırsa və o, yol hərəkəti qaydalarını pozmayıbsa, polis ona hərəkəti davam etməyə icazə verir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*