Yük maşınlarının iştirakı ilə qəza: 50-dən çox heyvan tələf oldu – FOTOLARbackend

Yük maşınlarının iştirakı ilə qəza: 50-dən çox heyvan tələf oldu - FOTOLAR

Bakı-Qazax avtomagistralında yol-nəqliyyat hadisəsi baş verib. 

KONKRET.az Qafqazinfo-ya istinadən xəbər verir ki, qəza yolun Goranboy rayonundan keçən hissəsində qeydə alınıb.

Qəfil yola çıxan xırdabuynuzlu heyvanları əvvəlcə yük maşını vurub. Ardından “Mersedes Vito” markalı avtomobil sürüyə çırpılıb.

Arxadan hərəkət edərək sürətini azaldan “Tofaş” markalı minik maşınına isə “Ford” markalı yük maşını çırpılıb.

Hadisə zamanı xəsarət alan olmasa da, 50-dən çox heyvan tələf olub, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*