Yunanıstan ABŞ-dan PUA və zirehli amfibiya avtomobili alır – FOTObackend

Yunanıstan ABŞ-dan PUA və zirehli amfibiya avtomobili alır - FOTO

Yunanıstan parlamentinin silahlanma komissiyası ABŞ-dan silah alınmasını nəzərdə tutan 691 milyon avro dəyərində layihələri təsdiqləyib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Yunanıstan ABŞ-dan 3 ədəd MQ-9 tipli pilotsuz uçuş aparatı (PUA) və 74 ədəd AAV-7 (Assault Amphibious Vehicle) tipli zirehli amfibiya hücum maşınları alacaq.

Bildirilir ki, ABŞ istehsalı olan MQ-9 tipli PUA-ların uçuş məsafəsi 1850 kilometrdir. Bu PUA-lar 27 saat havada qalır və 15 kilometr yüksəkliyə qədər uça bilir.

Yunanıstan rəsmilərinin sözlərinə görə, PUA-lar Egey və Şərqi Aralıq dənizini daim izləyəcək.

AAV-7 tipli zirehli maşınlar isə ABŞ-da təmir işləri başa çatdıqdan sonra Yunanıstana göndəriləcək. Bu avtomobillər 25-ə qədər dəniz piyadasını daşıya bilər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*