Yunanıstan adasında fövqəladə vəziyyət elan olundubackend

Yunanıstan adasında fövqəladə vəziyyət elan olundu

Yunanıstanın Lesbos adasında yerləşən Moria qaçqın düşərgəsində baş vermiş yanğın səbəbindən adada 4 aylıq fövqəladə vəziyyət elan edilib.

KONKRET.az xəbər verir ki, baş nazir Kiryakos Miçotakis ölkənin ən böyük qaçqın düşərgəsi olan Moriadakı yanğınla bağlı nazirlərin və cavabdeh qurumların nümayəndələrinin fövqəladə iclasını keçirib. İclasda əldə edilən qərara əsasən Daxili İşlər, Miqrasiya Siyasəti, Mülki Müdafiə, Səhiyyə nazirləri adaya gedəcək və araşdırmalaradan sonra birgə mətbuat konfransı keçirəcəklər.

Yunanıstanın “ANA” agentliyinin məlumatına görə, yanğından qaçaraq şəhər mərkəzinə doğru irəliləyən qaçqınlara mane olmaq üçün bölgəyə əlavə təhlükəsizlik qüvvələri göndərilib.

Düşərgədə baş vermiş yanğının səbəbləri bilinməsə də, ölən və yaralanan şəxsin olmadığı qeyd edilir. Hadisə nəticəsində minlərlə çadır və sığınacaq külə dönüb. Düşərgə 35 nəfərdə koronavirus aşkarlanması səbəbindən ötən həftə karantinə alınmışdı. Orada ümumilikdə 12 min 500 qaçqın məskən salıb. virtualaz.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*