Yunanıstan Kiprin müdafiəsi üçün hər şey edəcək.
KONKRET.az xəbər verir ki, bunu Yunanıstanın müdafiə naziri Nikos Dendias bəyan edib.
O bildirib ki, ölkəsi Kipri bütün mümkün vasitələrlə qoruyacaq.
Bundan əvvəl Kipr hökumətinin sözçüsü Konstantinos Letimbiotis deyib ki, Böyük Britaniyanın Akrotiri Hərbi Hava Qüvvələri bazasına PUA ilə zərbə endirilib.
Onun sözlərinə görə, insident nəticəsində ciddi ziyan qeydə alınmayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
