Yunanıstanda keçmiş maliyyə naziri və partiya lideri DÖYÜLDÜbackend

Yunanıstanda keçmiş maliyyə naziri və partiya lideri DÖYÜLDÜ

Cümə günü axşam Afinada naməlum şəxslər Yunanıstanın keçmiş maliyyə naziri və parlamentdə solçu MERA25 partiyasının lideri Yanis Varufakisi döyüblər.

KONKRET.az xəbər verir ki, bu barədə “ERT1” telekanalı məlumat yayıb.

Bildirilib ki, hücum zamanı Varufakis partiya icraiyyə komitəsinin üzvləri ilə restoranda nahar edib. 10-dan çox naməlum şəxs onlara yaxınlaşaraq siyasətçini danışmağa çağırıb. Restoranın astanasında döyülən Varufakisin burnu sındırılıb.

Sabiq nazir Evangelismos xəstəxanasına aparılıb.

“MERA25 lideri Yanis Varufakisə hücumu birmənalı və qeyd-şərtsiz pisləyirik. Bizim demokratiyada quldurluğa yer yoxdur və zorakılığın hər hansı forması qəbuledilməzdir. Yunan polisi cinayətkarların məsuliyyətə cəlb edilməsi üçün lazım olan hər şeyi edəcək”, – deyə hökumət sözçüsü Yannis İkonomu bildirib.

Telekanalın məlumatına görə, Varufakis 2015-ci ildə Aleksis Tsipras hökumətində Maliyyə Nazirliyinə rəhbərlik edib və kreditorlarla danışıqlarda xarici borcun bir hissəsinin silinməsini təkid edib. Həmin il istefa verdikdən sonra o, danışıqları uzatmaqda və Yunanıstanda referenduma səbəb olmaqda günahlandırılıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*