Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus “F–4” döyüş təyyarəsi təlim uçuşu zamanı Peloponnesin şimal-qərbindəki Andravida aviabazasının yaxınlığında dənizə düşüb.
KONKRET.az xəbər verir ki, bu barədə “Skai” telekanalı məlumat yayıb.
Hərbi Hava Qüvvələri Baş Qərargahından bildirilib ki, “F-4” qırıcısı bu gün səhər Andravida hava limanından 25 dəniz mili cənubda təlim uçuşu zamanı qəzaya uğrayıb.
Qeyd olunub ki, hazırda pilotların xilas edilməsi üçün genişmiqyaslı axtarış aparılır.
Qərargahdan verilən məlumata görə, pilotlar katapult ediblər.
İqbal Rzayev,
KONKRET.az
