Yunanıstanın keçmiş baş naziri Aleksis Tsipras Ukraynaya silah göndərilməsini tənqid edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, onun fikrincə, ölkə bununla böhranın bir hissəsinə çevrilir.
“Biz ölkəmizin beynəlxalq geosiyasi səhnədəki yerini bir daha yeniləmək üçün buradayıq. Qərbin inkişaf etmiş forpostu kimi, Ukraynaya silah göndərib böhranın tərəfinə çevrilən bir ölkə kimi deyil, sülh və sabitlik qüvvəsi kimi burdayıq”, – deyə Tsipras 86-cı Saloniki Beynəlxalq Sərgisində bildirib.
Qeyd edək ki, Yunanıstanın Müdafiə Nazirliyi bu həftənin əvvəlində Ukraynaya 40 zirehli piyada maşınının göndərildiyini açıqlayıb.
İqbal Rzayev,
KONKRET.az