“Segodnya.ru” portalının baş redaktoru, uzun illər döyüş bölgələrində xidmət keçmiş müharibə müxbiri Yuri Kotenok “Sputnik Armenia”ya müsahibəsində Nikol Paşinyanın siyasi səbatsızlığı və qeyri-peşəkarlığı barədə xeyli dəlillər söyləyib.
KONKRET.az xəbər verir ki, Kotenok söhbət əsnasında maraqlı fikirlər səsləndirib. O deyib ki, “Ermənistan hakimiyyətini hazırki fəlakətli nəticələrə gətirib çıxarmasının birinci səbəbi İrəvanın Qarabağın müstəqilliyini tanımamasıdır. Baxmayaraq ki, ermənilər bunu istəyirdi və bəzi xarici qüvvələr də bu məsələyə ən azı loyal yanaşırdı.
Ermənistanın ikinci səhvi müharibəni başlayarkən Azərbaycan Ordusunun şok imkanlarını və iqtisadi qüdrətini doğru qiymətləndirməməsidir.
Bu səhv hesablama Ermənistan ordusunun Azərbaycanın havadakı ümumi üstünlüyünə tamamilə hazır olmadığını göstərdi. Üstəlik, Azərbaycan ən müasir dronlardan, kamikadze pilotsuz təyyarələrdən və uzaq məsafədən zərbə endirə biləcək digər texnikalardan fəal şəkildə istifadə etdi.
Yuri Kotenoka görə, Ermənistan hakimiyyətinin üçüncü səhvi lazımi zamanda cəbhəyə əlavə qüvvələr göndərə bilməməsi idi.
Surxay Atakişiyev,
KONKRET.az
