Malayziyada 54 yaşlı mağaza sahibi yuxuda gördüyü rəqəmlərin kombinasiyası sayəsində lotereyada sərvət qazanıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, qadın lotereya biletində yuxuda gördüyü 5785 və 3887 rəqəmlərini yazıb.
Qadının sözlərinə görə, hər iki kombinasiya lotereyada ona 16,3 milyon Malayziya ringgiti (6240000 manat) qazandırıb.
O, udduğu pulla ailəsi üçün ev almağı və tətilə getməyi planlaşdırır.
İqbal Rzayev,
KONKRET.az
