Yüzdən çox Çexiya vətəndaşının Ukrayna ordusuna qoşulmasına icazə verilibbackend

Yüzdən çox Çexiya vətəndaşının Ukrayna ordusuna qoşulmasına icazə verilib

Çexiya Prezidenti Miloş Zeman ölkəsinin 103 vətəndaşına Ukrayna Silahlı Qüvvələrinə qoşulmasına icazə verib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çexiya Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, həmin vətəndaşların Ukrayna ordusuna qoşulması ilə bağlı ölkə prezidentinin icazə sənədi Baş nazir Petr Fiala imzalayacaq.

Xatırladaq ki, Çexiya qanunları dövlət başçısının razılığı olmadan vətəndaşların başqa dövlətlərin hərbi bölmələrində xidmət etməsini yasaqlayır. Bu tələb Çexiyada müvəqqəti yaşamaq icazəsi olan xarici ölkə vətəndaşlarına da tətbiq edilir.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*