Zaporojye AES minalanırbackend

Zaporojye AES minalanır

Zaporojye AES-in Rusiya tərəfindən minalanmasının xəritəsi üzə çıxdıqdan sonra ruslar təcili olaraq Rosqvardiyanın hərbçilərini stansiyaya göndəriblər.

KONKRET.az xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat idarəsinin nümayəndəsi Andrey Yusov deyib.

Onun sözlərinə görə, ruslar Zaporojye AES-i minalamaqda davam edirlər:

“Stansiyada mina-partlayıcı qurğular, minadöşəyən maşınlar, partlayıcı ilə dolu yük maşınları var. AES-dəki vəziyyətə görə cavabdeh olan Rosqvardiyanın nümayəndələri təcili olaraq ora göndəriliblər”.//Axar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*