Zaporojyedə şiddətli döyüşlər başlayır – SON DƏQİQƏbackend

Zaporojyedə şiddətli döyüşlər başlayır - SON DƏQİQƏ

Zaporojye vilayətində rus hərbçiləri ilə daha gərgin döyüşlər başladı. Üstəlik, ruslar Pasxa bayramında təxribatlara hazırlaşır. İlkin məlumatlara görə, Rusiya ordusu Zaporojye vilayətinin kilsələrini atəşə tutmağı planlaşdırır.

KONKRET.az xəbər verir ki, bu barədə Zaporojye şəhər şurasının katibi Anatoli Kurtev bildirib.

O qeyd edib ki, Rusiya hərbçiləri regionun müəyyən ərazilərində cəmləşib: “Hazırda Poloqovski rayonunda döyüşlər davam edir. Bundan başqa, Rusiya hərbçiləri Pokrovskoye-Qulyaipole istiqamətində hücum əməliyyatları keçirməyə çalışırlar. Bu arada, regional mərkəz müdafiəyə hazırlaşır”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*