Zaqatalada ağır qəza – Yaralılar varbackend

Zaqatalada ağır qəza - Yaralılar var

Zaqatalada minik maşını ilə motosiklet toqquşub.

KONKRET.az-ın məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Muxax-Zəyəm avtomobil yolunda baş verib.

Minik avtomobili və qoşqulu motosikletin toqquşması zamanı motosikletdə olan iki nəfər – rayonun Zəyəm kənd sakinləri – 1988-ci il təvəllüdlü Zülfüqar Rasim oğlu İsayev və 1975-ci il təvəllüdlü Məmməd Oruc oğlu Orucov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*