Zaqatalada yol qəzasında sürücü ÖLDÜbackend

Zaqatalada yol qəzasında sürücü ÖLDÜ

Zaqatala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında Zaqatala-Muğanlı avtomobil yolunun rayonun Aşağı Tala kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Zaqatala sakini 39 yaşlı Mustafa Süleymanovun idarə etdiyi “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb, daha sonra fındıq bağına aşıb.

Qəza zamanı ağır bədən xəsarətləri alan sürücü M. Süleymanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, həkimlərin səyinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*