Zaur Hüseynov Fuad Tağıyevi vəzifəsindən azad etdi – FOTObackend

Zaur Hüseynov Fuad Tağıyevi vəzifəsindən azad etdi - FOTO

“Bakı Metropoliteni” QSC-nin Təlim-tədris Mərkəzinin rəisi Fuad Tağızadə təqaüd yaşının çatması ilə əlaqədar vəzifəsindən azad edilib.

KONKRET.AZ “Report”a istinadən xəbər verir ki, bununla bağlı səhmdar cəmiyyətinin sədri Zaur Hüseynov əmr imzalayıb.

Onun digər əmri ilə Rüfət Qədəşov adı çəkilən Mərkəzə rəis təyin olunub. Bununla belə, F.Tağızadə bundan sonra R.Qədəşovun müşaviri kimi əmək fəaliyyətini davam etdirəcək.

Təlim-tədris Mərkəzinin yeni təyin olunmuş rəisi Rüfət Qədəşov
«Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*