Zaxarova Medvedçukla bağlı danışdıbackend

Zaxarova Medvedçukla bağlı danışdı

Ukrayna Prezidenti Vladimir Zelenskinin Viktor Medvedçukun ukraynalı hərbi əsirlərlə dəyişdirilməsi təklifi son dərəcə təhlükəli tendensiyadır.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Nəzərə alaq ki, Ukraynada çoxlu müxalif siyasətçilər var. Rusiya bu cür tendensiyanı olduqca təhlükəli hesab edir”, – Rusiya XİN rəsmisi vurğulayıb.

Zaxarova Rusiya ilə təmasda olan Ukrayna tərəfinin danışıqlar prosesini yubatmaq üçün səylərini davam etdirdiyini də qeyd edib. Onun sözlərinə görə, Rusiya ilə Ukrayna arasında danışıqlar davam edir, onlar onlayn formatda aparılır. APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*