Zaxarova: “Rusiya ABŞ-la dialoqa açıqdır”backend

Zaxarova: "Rusiya ABŞ-la dialoqa açıqdır"

Moskva Vaşinqtonla qarşılıqlı faydalı dialoqun əleyhinə deyil.

KONKRET.az xəbər verir ki, bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova “Solovyev LIVE” verilişinin efirində deyib:

“Biz Amerika Birləşmiş Ştatları ilə qarşılıqlı maraq doğuran istənilən faydalı dialoqlara açığıq”.

Qeyd edək ki, ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan nüvə silahından istifadə riskinin azaldılması ilə bağlı Moskva və Vaşinqton arasında danışıqların aparıldığını təsdiqləyib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*