Zaxarovadan PUA hücumları ilə bağlı AÇIQLAMAbackend

Zaxarovadan PUA hücumları ilə bağlı AÇIQLAMA

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova iyulun 17-20-si tarixlərində Xəzər Boru Kəməri Konsorsiumunun (KTK) obyektlərinə qarşı törədilən hücumlarla bağlı şərh verib.

KONKRET.az xəbər verir ki, bəyanatda iyulun 17-dən 20-dək Novorossiyskdəki Yujnaya Ozereykada yerləşən KTK terminalında yükləmə işləri zamanı bir neçə tankerin PUA-lar vasitəsilə məqsədyönlü şəkildə hədəf alındığı bildirilir. Hücuma məruz qalan tankerlər arasında “Tengizchevroil” və “KazMunayGas” şirkətləri tərəfindən icarəyə götürülən, xarici dövlətlərin bayraqları altında üzən və beynəlxalq heyətə malik gəmilər də var. Hadisə nəticəsində gəmi korpuslarına ziyan dəysə də, onların üzmə qabiliyyəti qorunub saxlanılıb, insan tələfatı və neft sızması halları qeydə alınmayıb.

Rusiya tərəfi bu hücumların arxasında Kiyev rejiminin dayandığına şübhə etmir və bunu beynəlxalq hüquqla qorunan mülki obyektə qarşı beşinci təcavüz aktı kimi qiymətləndirir. Zaxarovanın sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Rusiya, Qazaxıstan, ABŞ və bir sıra Qərbi Avropa ölkələrinin enerji müəssisələrini birləşdirən KTK-ya qarşı zərər vurmaq cəhdlərini davam etdirir. Rusiya XİN vurğulayır ki, bu hücumlar təkcə Rusiyanın deyil, həm də Ukraynaya böyük həcmdə maliyyə və hərbi dəstək verən müttəfiqlərin maraqlarına zərbədir. Zaxarova Kiyevin öz müttəfiqlərinin iqtisadi maraqlarını nəzərə almadan “əli ilə bəslədiyi əli dişləyən ilan” kimi davrandığını bəyan edib.

Rusiya, Qazaxıstan Xarici İşlər Nazirliyinin bu hadisəni qətiyyətlə pisləməsi ilə həmrəy olduğunu bildirib və hücumun Kiyevin dünya neft bazarlarında vəziyyəti daha da sabitsizləşdirmək cəhdinin sübutu olduğunu vurğulayıb. Bəyanatda qeyd olunur ki, Kiyev rejimi üçün qlobal enerji sabitliyi və beynəlxalq tərəfdaşlara, xüsusən də dostluq münasibətləri bəyan etdiyi Qazaxıstana hörmət boş sözdən ibarətdir. Rusiya tərəfi bu hərəkətləri və onu planlaşdıranları qətiyyətlə pisləyir, beynəlxalq ictimaiyyəti baş verənə adekvat qiymət verməyə çağırır və bu hadisələrə qarşı lazımi reaksiya verilməməsinin Kiyevin kursunun dəstəklənməsi kimi qiymətləndiriləcəyini bəyan edir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*